Dünya

ABŞ İranın uranı 60%-ə qədər zənginləşdirmək niyyətini təxribat hesab edir

14 Aprel 2021 07:34
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ İranın uranı 60 faizə qədər zənginləşdirməyə başlamaq niyyətinin təxribat olduğunu hesab edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, İranın bu addımı Tehranın nüvə probleminin həllinə yönəlmiş danışıqlara bağlılığına şübhə yaradır: "İranın uranı 60 faizə qədər zənginləşdirmək niyyəti ilə bağlı təxribat xarakterli açıqlamasını ciddi qəbul edirik. "5+1" qrupu bunu rədd etməlidir. Bu addım İranın nüvə danışıqları ilə əlaqəli ciddiliyini şübhə altına alacaq və Birgə Hərtərəfli Fəaliyyət Planına qarşılıqlı bağlılığa qayıtmağın vacibliyini vurğulayır".

Xatırladaq ki, ötən gün İranın xarici işlər nazirinin müavini Abbas Araqçı ölkəsinin aprelin 14-dən uranın 60 faizə qədər zənginləşdirilməsinə başlayacağını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.