Dünya

Rusiya generalının qızı İrəvanda güllə yarasından ölmüş vəziyyətdə tapıldı

12 Aprel 2021 09:49
Baxış: 1 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın İstintaq Komitəsi meyiti tapılan bir qadının ölümü ilə bağlı "intihara sövq etmə" maddəsi üzrə cinayət işi qaldırıb. Yerli KİV həmin qadının rusiyalı sərhəd xidməti generalının qızı olduğunu yazır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bundan əvvəl kriminal xəbərlər üzrə ixtisaslaşmış "Shamshyan.som" saytı İrəvanda "FTX general-leytenantının qızı"nın ölümü barədə məlumat yaymışdı. "Telegram" kanalları ölən qadının atasının milliyyətcə erməni olduğunu, ancaq Rusiya sərhəd qoşunlarında xidmət etdiyini və bu yaxınlarda ehtiyata buraxıldığını yazmışdı.

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən "RİA Novosti"yə verilən məlumata görə, intihar barədə məlumat bazar günü yerli vaxtla saat 17:05-də polisə daxil olub. 1981-ci il təvəllüdlü qadının cəsədi David Anaxt küçəsindəki mənzildə divanda tapılıb. Onun cəsədinin yanında atasına məxsus "Makarov" tipli tapança olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.