Dünya

ÜST-dən koronavirusun laboratoriyada yaranması iddiası ilə bağlı - Açıqlama

30 Mart 2021 20:58
Baxış: 1 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin Uhan şəhərində koronavirusun mənbəyini araşdıran mütəxəssislərin fəaliyyətləri ilə bağlı məlumat yayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Qebreyesus dünən mətbuata sızan araşdırma nəticələri ilə bağlı açıqlama verib.

"Çinə gedən mütəxəssislərimiz koronavirusun mənbəyi haqqında apardıqları araşdırmalarda bir laboratoriya sızmasının aşağı ehtimal olduğu nəticəsinə gəlsələr də, onlar məsələnin daha dərininə enərək, daha çox araşdırma aparmalıdırlar", - baş direktor deyib.

Onun sözlərinə görə, ÜST nümyəndələri məlumatlara əlçatanlıqda çətinliklə üzləşiblər:

"Gələcəkdə birgə aparacağımız araşdırmaların daha geniş məlumatları ehtiva etməsini gözləyirəm".

Qeyd edək ki, dünən Çinə gedən və virusologiya laboratoriyalarında araşdırma aparan komandanın qaralamaları mediaya sızıb. Buradan məlum olub ki, koronaviruslu yarasalardan yoluxan heyvanlar virusu insanlara yoluxdurmuş ola bilər, virusun laboratoriyadan sızma ehtimalı isə çox azdır.

Xatırladaq ki, martın ilk günlərində Çinə gedən komandadakı bəzi mütəxəssislər koronavirusun mənbəyini  araşdırmaq üçün icazə məsələlərində problem yaşadıqlarını və araşdırma müddətində sərbəst olmadıqlarını ifadə edən açıq məktub yayımlamışdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.