Dünya

Gürcüstan bu həftə COVID-19 əleyhinə Çin vaksini əldə edəcək

30 Mart 2021 15:54
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan bu həftənin sonunadək yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin istehsalı "Sinopharm" peyvəndini əldə edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Nazir qeyd edib ki, ölkədə növbəti həftədən Çin vaksininin tətbiqinə başlanıla bilər.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirus əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. Bu mərhələdə yalnız səhiyyə işçilərinin və yaşı 65-dən çox olan vətəndaşların vaksinasiyası həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.