Dünya

“Siper” raketləri S-400-ləri əvəz edə bilərmi?

28 Mart 2021 10:46
Baxış: 989
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hava müdafiə sistemində hər mərhələ böyük əhəmiyyət kəsb edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir qatıldığı proqramda jurnalistin "Siper" raketləri S-400-ləri əvəz edə bilərmi" sualına cavabında deyib.

O bildirib ki, bir müddətdən sonra "Siper" uzaq mənzilli zenit-raket kompleks sistemlərinin sınaqlarına başlanılacaq:

"Burada vacib məsələ ehtimal olunan hava təhdidlərinə qarşı qorunmaqdır. Yəni "Siper"lə ideal bir nöqtəyə gəlsək də, bu, bütün hava təhdidlərini məhv edəcəyimiz anlamına gəlmir. Çünki günümüzdə müxtəlif növ PUA-lar irili-xırdalı təhdidlər yarada bilir. Yəni bu çoxşaxəli bir prosesdir. Əlbəttə ki, "Siper" raketləri ilə bağlı işlərimiz davam edir. "Siper"ə gedən hər yol xəritəsində məhsullarımızı görəcəksiniz. "Sunqur"da, "Hisar" olduğu kimi. Buna görə də "Türkiyə hansı hava hücumuna qarşı uğurlu ola bilər, hansı məhsullar əlimizdədir" sualı daha düzgün olardı. "Siper" ideal bir məhsuldur, onu əldə etdikmi, hər şey bitəcək" düşüncəsi doğru deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.