Dünya

BMT: Pandemiya bir sıra ölkələrin inkişafını 10 ilə qədər ləngidə bilər

26 Mart 2021 09:54
Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus pandemiyası qlobal iqtisadiyyata, cəmiyyətin ən həssas sahələrinə təsir edərək, son 90 ilin ən böyük tənəzzülünü yaşatdı. Bu səbəbdən Davamlı İnkişaf Məqsədlərinə çatmaq 10 ilə qədər ləngiyə bilər".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə BMT-nin cümə axşamı yayımladığı  hesabatda bildirilib. 

Hesabatda qeyd edilib ki, pandemiya dövlətlərin qeyri-bərabər inkişafına səbəb olub: Böhran səbəbindən, təxminən 114 milyon insan işini itirdi, 120 milyon insan yenidən yoxsulluq həddinə düşdü. İqtisadiyyatın stimullaşdırılması və bərpası üçün rekord miqdarda 16 trilyon dollar xərcləndi. Bu məbləğin 20% -dən azı inkişaf etməkdə olan ölkələrin payına düşdü".

Hesabata görə, 2021-ci ilin yanvarına qədər koronavirusa qarşı peyvəndin tətbiqi 38 ölkədə  həyata keçirilib ki, bunlardan da yalnız 9-u inkişaf etməkdə olan ölkələrdir.

Qeyd edilib ki, dünyanın ən kasıb ölkələrindəki vəziyyət dərindən narahatlıq doğurur. Bunun qarşısını almaq üçün BMT təcili tədbirlərin görülməsinə çağırış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.