Dünya

Sevgilisi tərəfindən boğazı kəsilərək öldürülən 17 yaşlı gənc qızın son görüntüləri ortaya çıxdı - VİDEO

21 Mart 2021 23:46
Baxış: 11 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə sevgilisi olduğu iddia edilən Eren Yıldız adlı şəxs tərəfindən boğazından bıçaqlanan 17 yaşlı Gizem Canbulutun son görüntüləri ortaya çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, şəxsiyyət vəsiqəsi üçün fotostudiyada fotoşəkil çəkdirən  Canbulutun ölümündən əvvəl son görüntüləri iş yerinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda Canbulutun səhər dostu və atası ilə fotoşəkil çəkdirdikdən sonra oradan ayrılması görünür.

17 mart çərşənbə günü  təxminən saat 13:30-da görüşən Gizem Canbulut ilə sevgilisi Eren Yıldız arasında mübahisə yaşanıb. Münahisə zamanı Eren Yıldız Gizem Canbulutu boğazından bıçaqlayıb. Gənc qız qan içində yerə yıxılarkən Eren Yıldız hadisə yerindən qaçıb.

Hadisə yerinə gələn polislər Gizem Canbulutun cansız bədəni ilə qarşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.