ABŞ prezidenti Co Bayden vitse-prezident Kamala Harrisi Atlanta Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşlarına təqdim edərkən onun özündən daha ağıllı olduğunu deyib.
Milli.Az APA-ya istinadən bildirir ki, amerikalı liderin sözləri Ağ Evin saytında da dərc olunub.
Corciya ştatına səfəri zamanı Bayden nitqlə çıxış edib və sonra dərhal sözü Harrisə verməli olduğunu bildirib: "Və mən bunu etməli deyildim, çünki çıxışı məndən daha ağıllı vitse-prezidentimə güzəştə getmək istəyirəm".
Harris isə cavabında zarafatla qeyd edib ki, "burada əlavə ediləcək bir şey yoxdur".
Milli.Az