Dünya

Avropada koronavirusdan ölüm halları çoxalıb - ÜST

18 Mart 2021 19:23
Baxış: 6 842

Avropada COVID-19 infeksiyasından ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun direktoru Hans Klüge deyib.

O bildirib ki, ötən həftə Avropa regionunda koronavirusdan ölənlərin sayı 900 mini keçib:

"Hər həftə regionda 20 mindən çox şəxs virusun qurbanı olur. Avropada virusdan ölənlər ötən il bu dövrdə ölənlərin sayından çoxdur. Bu, virusun geniş yayıldığını göstərir".

H.Klüge bildirib ki, yoluxma ilə bağlı ən ciddi vəziyyət Mərkəzi Avropa, Balkan və Baltikyanı ölkələrdə müşahidə olunur.

Bu günədək regionun 46 ölkəsində 107 milyondan çox vaksin vurulub.

Milli.Az

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics