Dünya

İspaniya polisi tonlarla narkotik maddə daşıya bilən sualtı qayıq yaxaladı

14 Mart 2021 10:41
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya polisi tonlarla narkotik maddəni daşıya biləcək əldəqayırma sualtı qayıq ələ keçirib. 

Musavat.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İki metrlik, şüşə lifləri və taxtadan hazırlanan mavi gəmi ölkənin cənubundakı Malaqa şəhərində bir sənaye anbarında ələ keçirilib.

Verilən informasiyalarda gəminin Kolumbiyadan gətirildiyi bildirilir. Polis bu cür əldəqayırma aparatın Atlantik okeanını, özü də narkotiklə dolu malla necə keçdiyi üzərində baş sındırır. Qeyd etmək lazımdır ki, narkosualtılar, əsasən, Latın Amerikasından ABŞ-a qaçaqmalçılıq məqsədilə geniş istifadə olunur.

Əməliyyatın özünə gəlincə, buraya "Avropol" (Avropa Birliyi ölkələrini polis təşkilatı) və 5 ölkənin xüsusi xidmət əməkdaşları cəlb olunub. Reydlər zamanı təkcə İspaniyada 52 adam tutulub, böyük miqdarda kokain və həşiş müsadirə olunub. Bundan başqa İspaniyada bir narkotik laboratoriyası da dağıdılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.