Dünya

ABŞ məyusdur - Erməni terrorçunun azad edilməsinə görə

12 Mart 2021 16:34
Baxış: 890
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Dövlət Departamenti Los-Anceles məhkəməsinin 1982-ci ildə Türkiyənin konsulunun qətlində təqsirli bilinən Hampiq Sasunyanın vaxtından əvvəl azad etməsi qərarından məyusluğunu ifadə edir.

Milli.Az bu barədə Dövlət Departamentinə istinadən məlumat verir.

Qeyd olunub ki, diplomata hücum təkcə konkret şəxsə qarı ağır cinayət deyil, həm də ümumilikdə diplomatiyaya təhdiddir:

"Bütün dünyada işləyən amerikalı diplomatların təhlükəsizliyinin təmin olunması məqsədilə ABŞ diplomatların qatillərinin ən ağır cəza almağa və bu cəzalarını erkən azadlığa çıxmaq hüququ olmadan çəkməyə layiq olmaları mövqeyinə sadiqdir".

Qeyd edək ki, H.Sasunyan 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanın qətlində təqsirli bilinib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.