Dünya

Müxalifət lideri Paşinyanla görüşəcək - "Prezidentin təklifini qəbul etdim"

11 Mart 2021 12:58
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş nazir Nikol Paşinyanla görüşəcək.

Milli.Az unikal.org-a istinadən bildirir ki, E.Marukyan bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

Partiya sədri qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan bu təkliflə çıxış edib və parlament müxalifəti liderlərini baş nazirlə görüşməyə çağırıb.

"Prezidentin təklifini qəbul etdim və Nikol Paşinyanla görüşəcəyəm", - deyə Marukyan qeyd edib. Görüşdə müxtəlif məsələlərin müzakirə ediləcəyi bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.