Dünya

Hakerlər bir neçə ölkədə 150 min müşahidə kamerasına giriş əldə edib

10 Mart 2021 21:54
Baxış: 991
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hakerlər bir neçə ölkədəki xəstəxanalarda, polis məntəqələrində və bəzi kompaniyalarda quraşdırılan 150 min video-müşahidə kamerasına giriş əldə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hakerlərin fəaliyyəti "Verkada" kompaniyasının quraşdırdığı və internet vasitəsilə idarə olunan kameraları əhatə edib.

Kiberhücumların videomüşahidə sistemlərini çox asanlıqla "sındırmağın" mümkünlüyünü sübut etmək üçün beynəlxalq haker qrupu tərəfindən təşkil olunduğu bildirilir.

Hakerlər "Tesla" kompaniyasının Şanxaydakı zavod və anbarlarında quraşdırılan 222 videokameranın kadrlarını ələ keçirib, həmçinin "Cloudfare" proqram təminatı şirkətinin ABŞ və Böyük Britaniyadakı videokameralarına, həmçinin bir neçə xəstəxana, məktəb, həbsxana və polis məntəqələrindəki müşahidə kameralarına daxil olub.

İnsidentdən sonra "Verkada" kompaniyası müşahidə kameralarına icazəsiz girişin qarşısını almaq məqsədilə bütün daxili administrator hesablarının söndürüldüyünü, hadisə ilə bağlı təhqiqatın başlandığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.