Dünya

Rusiyada daha 466 nəfər koronavirusun qurbanı olub

10 Mart 2021 16:18
Baxış: 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada son sutka ərzində daha 9079 nəfər yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 351 553 nəfərə çatıb.

Son sutka ərzində 466 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 90 275 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.