Dünya

“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

8 Mart 2021 09:19
Baxış: 1 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu "artsax"ın deyə qeyd edib - red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

Milli.Az axar.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

"Nikol Paşinyanın 1 mart mitinqində "Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, "artsax" da Azərbaycana məxsusdur" deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib", - erməni mediası yazıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.