Dünya

Ermənistan prezidenti Paşinyanla görüşdü

1 Mart 2021 17:11
Baxış: 3 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə prezidentin mətbuat xidməti bildirib.

Məlumata əsasən, görüş zamanı ölkədəki daxili siyasi vəziyyət müzakirə edilib.

Bir sıra erməni KİV-lərinin yazdığına görə, N.Paşinyan prezidentdən Baş qərargah rəisi Onik Qasparyanı vəzifədən azad etməyi tələb edib.

Qeyd edək ki, bu gün N.Paşinyan Baş qərargah rəisinin istefası ilə bağlı müraciəti ikinci dəfə Armen Sarkisyana göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.