Dünya

Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı

1 Mart 2021 16:25
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şanlıurfa və Mardinin Suriya ilə həmsərhəd vilayətlərində 5 PKK terrorçusu daxil olmaqla dövlət sərhədini pozan 9 şəxs saxlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Cinayətkarlar Şanlıurfanın Ceylanpınar bölgəsi və Mardinin Kızıltepe bölgəsindəki sərhəddən qanunsuz yollarla Türkiyə ərazisinə girməyə çalışıblar.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini "Suriya Demokratik Qüvvələri" adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.