Dünya

ABŞ Konqresdən iznsiz necə hücum edib? - Senator

27 Fevral 2021 10:29
Baxış: 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəhbərliyin bu hücumları necə qanuniləşdirdiyini və Konqresin təsdiqi olmadan hansı qanuni əsaslarla bu addımı atdığını Amerika xalqının bilməyə haqqı var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Virciniya ştatının senatoru Tim Keyn ABŞ-ın Suriyada İranın dəstəklədiyi qruplara, eləcə də aviabazalara hücum etməsini şərh edərkən bildirib.

Y.Keyn dərhal Bayden hökumətinin Suriyadakı hücumla bağlı Konqresi məlumatlandırmasının vacib olduğunu deyib.

Nümayəndələr Palatasının üzvü, Demokrat Ro Kanna da Bayden administrasiyasını tənqid edib:

"Yaxın Şərqdə müharibələri bitirməyə çalışırıq, qarşıdurmaları alovlandırmağı deyil".

Qeyd edək ki, ABŞ qırıcıları Suriyada İran hərbi obyektlərinə aviazərbələr endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.