Dünya

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

27 Fevral 2021 08:33
Baxış: 799

ABŞ yaxın bir neçə həftə ərzində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ağ Evin mətbuat katibi Cen Paski deyib.

Rusiyaya qarşı əlavə sanksiyalara nə qədər gözləyəcəyik sualına cavabında C.Psaki deyib: "Aylar deyil, həftələr. Bu, fasiləsiz prosesdir".

Mətbuat katibi qeyd edib ki, bu "prosesə" Əfqanıstanda amerikalıların öldürülməsi üçün taliblərə Rusiya nümayəndələri tərəfindən pul ödənilməsi barədə məlumatların, rusiyalı hakerlər tərəfindən ABŞ-ın hökumət müəssisələrinə edilən kiberhücumların öyrənilməsi də daxildir:

"Bir sıra komponentlər mövcuddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics