Dünya

BMT TŞ vaksinasiya ilə bağlı qətnamə qəbul edib

26 Fevral 2021 22:35
Baxış: 485

BMT Təhlükəsizlik Şurası yekdilliklə koronavirusa qarşı peyvəndlərin ədalətli paylanmasına dair qətnamə qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT TŞ-nin iclasında Böyük Britaniyanın BMT yanında daimi nümayəndəsi Barbara Vudvord deyib.

Onun sözlərinə görə, səsvermə pandemiya zamanı tətbiq edilən qaydalara uyğun olaraq dünəndən bəri yazılı formada keçirilib.

Bildirilir ki, sənəd peyvəndlərin ədalətli paylanmasına və vaksinasiyanın həyata keçirilməsi üçün münaqişə zonalarında atəşkəsə çağırır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.