Dünya

17 yaşlı oğlan Tik Tok videosu çəkərkən öldü - FOTO

23 Fevral 2021 12:07
Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeniyetmə Tik Tok videosu çəkərkən faciəvi şəkildə ölüb.

Milli.Az haberler-ə istinadla bildirir ki, dəhşətli olay Türkiyənin Ağrı vilayətində yaşanıb. 17 yaşlı Muhammet Halim Taşdemir Tik Tok üçün video çəkərkən əlindəki silahın açılması səbəbindən dünyasını dəyişib.

Patnos dövlət xəstəxanasına çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hazırda dünyanın ən populyar video paylaşım şəbəkəsinə çevrilən Tik Tok-a giriş bir sıra ölkələrdə qadağan edilib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.