Nasist əsir düşərgəsinin keçmiş nəzarətçisi ABŞ-dan Almaniyaya deportasiya edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri bildiriblər ki, Tennessi ştatının 95 yaşlı sakini, nasist Almaniyasında milli azlıqların təqib olunmasında iştirak etmiş Fridrix Karl Berger Almaniyaya deportasiya olunub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, əslən Almaniya vətəndaşı olan Fridrix Karl Berger 1945-ci ildə nasist Almaniyasında Noyenqamm şəhərindəki əsir düşərgəsində silahlı nəzarətçi vəzifəsində xidmət edib.
İmmiqrasiya məsələləri üzrə hakim hələ 2020-ci ilin fevralında Bergerin deportasiya edilməsi barədə qərar qəbul etmişdi. Keçən il noyabr ayında apelyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Məhkəmə müəyyən edib ki, Bergerin nəzarətçi kimi xidmət etdiyi Noyenqamm əsir düşərgəsində saxlanan məhbusların ən çoxsaylı qrupları müxtəlif millətlərə mənsub olan SSRİ, Hollandiya və Polşa vətəndaşları idi. Amerika və Avropa arxivlərində saxlanan sənədlər Bergerin təqsirkar olmasını sübut edir.
Hakimin hökmündə göstərilir ki, Noyenqamm düşərgəsindəki məhbuslar dəhşətli şəraitdə saxlanır, 1945-ci ilin qışında açıq havada "taqətdən düşənə və ölənə qədər" işləməyə məcbur edilirdi. Berger nəzarət edirdi ki, məhbuslar iş günü ərzində qaça bilməsinlər. 1945-ci il martın axırlarında müttəfiqlərin qoşunları fəal hücuma keçməyə başlayanda nasistlər bu düşərgəni tərk ediblər.
Məhkəmə müəyyən edib ki, məhbusların Noyenqammdakı əsas düşərgəyə məcburi şəkildə təxliyə olunması zamanı Berger bu prosesə nəzarət edirmiş. Qeyri-insani şəraitdə təqribən iki həftə davam etmiş təxliyə zamanı 70-ə yaxın məhbus həlak olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
"Qoy işığı söndürüm" - Hamının zarafata çevirdiyi mahnı necə yarandı?
-
Qarın piyinin səbəbi çox yemək deyilmiş
-
Bunu görsəniz... Heç vaxt mağazadan suşi almayın
-
Stomatoloqların sirri - Diş minasını zədələməmək üçün bunları edin
-
Smart televizorlar baxdıqlarınızı izləyir: hansı brendlər məhkəməyə verilib?
-
Dövlət satınalmalarının 51 faizindən çoxunda qiymət fərqi 20 faizi ötüb - Vüqar Gülməmmədov
-
Azərbaycanda kimlər əsgərliyə çağırılmır?
-
Ağdamda açıq ərazidə başlayan yanğın 4 kəndin ərazisinə yayılıb
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib - (Video)
-
Yevlax sakini həmyerlisini qətlə yetirib
-
Tramp yenidən prezident olmaq istədiyini bildirib
-
Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Rezai: ABŞ Prezidenti çarəsiz vəziyyətə düşüb
-
Göyçayda piyadanı maşın vurdu
-
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib
-
“Zirə” ilk matçda “Payde”yə məğlub oldu - Konfrans Liqası
-
Hindistanda etirazlara görə paytaxtda mobil interneti söndürdülər
-
Rusiyalı qapıçı matç zamanı öldü
-
Araz Ağalarovdan 1,68 milyardlıq tələb
-
Cəbrayıl rayonunda mina partladı, 1 nəfər xəsarət aldı
-
Xankəndidə kafedə yanğın, iki nəfər yaralandı
-
Gəncədə iki bacını avtomobil vurdu
-
6 ayda hərəkətdə olan sərnişin qatarlarına 21 dəfə daş atılıb





