İspaniyada son sutkada baş verən iğtişaşlarda 34 nəfər saxlanılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İspaniyada terrorçuluğu təbliğ etməkdə və taxt-tacı təhqir etməkdə günahlandırılaraq həbs olunmuş reper Pablo Aselin sərbəst buraxılmasını tələb edən radikal solçuların iştirak etdiyi iğtişaşlarda saxlanılanların sayı 30-u keçib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kataloniyanın hüquq-mühafizə orqanı olan "Mossos d'Escuadra" özünün "Twitter" səhifəsində məlumat yerləşdirib.
"Şənbə günü ictimai iğtişaşlar və qarət əməlləri ilə əlaqədar 34 nəfər saxlanılıb: onlardan biri Lerida, ikisi Tarraqona, 31 nəfəri isə Barselonada tutulub", - katalon polisinin məlumatında belə deyilir.
Ən kritik vəziyyət Barselonada müşahidə olunub, burada radikallar şəhərin mərkəzində qarşıdurmalar yaradıb, barrikadalar qurub, dükanların şüşələrini sındıraraq qarət törədib, polisə daş və müxtəlif əşyalar atıblar. İğtişaşlar zamanı Musiqi Sarayı və Fond Birjasının binalarına da ziyan dəyib. Radikallar yollarda park edilmiş motosiklləri və mopedləri yandırıblar.
Leridada etirazçılar polisə daş atıblar. Tarraqonada isə bir qrup radikal məhkəmə binasının və bankın şüşələrini sındıraraq polisə şüşə atıb.
Kataloniyanın təcili tibbi yardım xidmətinin məlumatına görə, Barselona, Lerida, Tarraqona və Kubelyesdə 13 nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib, birinin vəziyyətinin orta ağır olduğu bildirilir.
Bundan başqa, Pamplona şəhərində polislə qarşıdurma olub.
Madriddəki Kalyao meydanında gücləndirilmiş polis patrulları sayəsində etiraz aksiyası sakit bitib.
Ümumilikdə, şənbə günü iyirmidən çox şəhərdə P.Aselin müdafiəsi məqsədilə aksiyalar keçirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
Bu qoç 1 milyon dollara satıldı
XƏBƏR LENTİ
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb





