Dünya

Rusiya XİN Lavrovla Ara Ayvazyanın görüşü barədə məlumat yaydı

18 Fevral 2021 12:45
Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan Moskvada keçirilən danışıqlarda Qarabağla bağlı üçtərəfli bəyanatların icra olunmasının bütün aspektlərini müzakirə ediblər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin (XİN) S. Lavrov A.Ayvazyan görüşünün yekunu ilə bağlı yaydığı məlumatda bildirilib.

"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icra olunmasının bütün aspektləri ilə bağlı ətraflı müzakirə aparılıb. Hərbi əsirlərin mübadiləsi, humanitar yardım, Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun xətti ilə regionda nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi vurğu edilib", - Rusiya XİN-in məlumatında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.