Dünya

Gürcüstanda “Vahid Milli Hərəkat”ın sədrinin həbsi təxirə salındı

18 Fevral 2021 13:50
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda müxalif "Vahid Milli Hərəkat" Partiyasının sədri Nika Melianın həbsi təxirə salınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Baş nazir Giorgi Qaxarianın istefasında sonra müxalif liderin həbsi ilə bağlı görüləcək tədbirlər müvəqqəti təxirə salınıb.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi ötən gün dövlət ittihamçısının N. Melianın ödənilməmiş 70 min lari girova və elektron qolbağı çıxarmasına görə həbs edilməsi ilə bağlı iddiasını təmin edib. N. Melia 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə "Qavrilov gecəsi" kimi bilinən polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.