Dünya

İraqda ABŞ əsgərlərinin olduğu aeroporta 14 raket atıldı: ölən və yaralılar var - VİDEO

16 Fevral 2021 16:20
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqda ABŞ əsgərlərinin olduğu Ərbil hava limanına 14 raket hücumu edilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Yaralılardan biri ABŞ əsgəridir.

Bu raketlərdən 10-u ABŞ əsgərlərinin olduğu yerin xaricinə, 4-ü daxilinə düşüb.

ABŞ Xarici İşlər naziri Antoni Blinken Ərbildəki raket hücumları ilə əlaqədar yazılı açıqlama verib və hücumdan "qəzəbləndiklərini" bildirib.

Faktla bağlı istintaq başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.