Dünya

Rusiyada yeni onlayn oyun iki azyaşlının intiharı ilə nəticələndi - VİDEO - FOTO

10 Fevral 2021 12:58
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Samara şəhərində altıncı sinif şagirdi olan iki qız binanın 16-cı mərtəbəsindən özünü atıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 12 yaşlarında olan qızlar ölümlərindən əvvəl valideynlərinə SMS yollayıblar.

Agentlik mənbəyə istinadən bildirib ki, müstəntiqlər uşaqların sosial şəbəkədə qruplardan birinə qoşulduğunu düşünür.

Ölən altıncı sinif şagirdlərinin valideynləri polisə qızların sosial şəbəkələrdə "Harri Potterlə əlaqəli" qrupda olduqlarını deyiblər. Orada onlara bəzi tapşırıqlar verilib. Ancaq valideynlər qoyulan tapşırıqlar zərərsiz olduğu üçün qızlarının hobbisinə əhəmiyyət verməyiblər.

Faciədən əvvəl məktəbli qızlardan biri anasına mesaj yollayıb, onu çox sevdiyini yazıb və əşyalarını 17-ci mərtəbədən götürməsini istəyib.

Həmçinin məktəblilər ölümqabağı video çəkərək digər rəfiqələrinə yollayıblar.

Qızların ikisi də əlaçı olub, olimpiadalara qatılıb. Hər ikisi də təminatlı ailədən olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.