Dünya

İtaliyada 55 gürcü saxlanıldı - Xüsusi əməliyyat

10 Fevral 2021 10:27
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya polisinin həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində 55-i gürcü olmaqla 62 nəfərdən ibarət iki cinayətkar dəstənin üzvləri saxlanılıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Avropanın müxtəlif ölkələrində paralel həyata keçirilən əməliyyatın mərkəzi İtaliyanın Reggio Emilia şəhəri olub. 100-dən çox polisinin iştirak etdiyi xüsusi əməliyyatın, təxminən 3 illik araşdırmadan sonra həyata keçirildiyi qeyd olunub.

Saxlanılan şəxslərin İtaliyanın şimalında evlərdən oğurluq etməsi, həmçinin, çirkli pulların yuyulması ilə məşğul olması aşkarlanıb. Bildirilib ki, cinayətkar dəstənin üzvləri xüsusi alətlərlə iz qoymadan "gürcü üsulu ilə" evlərdən oğurluq edib və oğurlanan əşyaları digər cinayətkar dəstənin yardımı ilə Ukraynaya qaçırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.