Dünya

Hollivud əfsanəsi vəfat etdi

6 Fevral 2021 10:24
Baxış: 1 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud əfsanəsi, aktyor Kristofer Plammer 91 yaşında dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Deadline" nəşri aktyorun ailəsinə istinadən xəbər verib.

O, cümə günü Konnektikut ştatındakı (ABŞ) evində dünyasını dəyişib. Mərhumun ölüm səbəbi açıqlanmır.

Plammer 100-dən çox filmə çəkilib. Aktyor daha çox "Musiqi sədaları" filmindəki kapitan fon Trapp rolu ilə məşhurdur. 2012-ci ildə o, "Yeni başlayanlar" filmindəki ikinci plan roluna görə "Oskar" mükafatına layiq görülüb, 2018-ci ildə isə "Dünyanın bütün pulları" adlı ekran işindəki roluna görə sözügedən mükafata namizəd olub. O, həmçinin "BAFTA", "Qızıl qlobus" və "Emmi"yə layiq görülüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.