Dünya

Dünyada peyvənd olunanların sayı yoluxanların sayını ötüb

6 Fevral 2021 11:55
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada koronavirusa qarşı peyvənd olunan insanların sayı pandemiya dövründə yoluxanların sayını ötüb. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Peyvənd olunanların say artımı ilə bağlı statistikanın xoş xəbər olduğunu deyən Baş direktor bildirib ki, bu, diqqətəlayiq bir nailiyyətdir. 

T.A. Qebreyesus əlavə edib ki, peyvəndlərin dörddə üçündən çoxu yalnız 10 ölkədə baş verir. O, bu tendensiyanın digər dövlətlərdə də dinamik xarakter almasının zəruriliyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.