Dünya

Rusiyadan deportasiya olunmuş ermənilər aeroportda yatırlar - FOTO

5 Fevral 2021 10:00
Baxış: 1 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadan deportasiya olunmuş Ermənistan vətəndaşları "Zvartnots" aeroportunda qalmaqda davam edirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar ədalətə nail olana qədər burada qalacaqlarını bildirirlər. Bəziləri bileti bərpa etməyi və Rusiyaya giriş qadağasını ləğv etməyi tələb edir, digərləri isə məhkəməyə müraciət etmək və həm maddi, həm də mənəvi kompensasiya almaq niyyətindədir.

Deportasiya olunanlardan biri qeyd edib ki, Moskva aeroportunda onlara bildiriblər ki, Ermənistanda onlara "atıblar" və aldadıblar.

Xatırladaq ki, Ermənistanın Rusiyaya gedən bəzi vətəndaşları geri qaytarılıb. Bu, Ermənistandakı "COVID-19" testlərinin aparılmasında baş verən qanunsuzluqlarla bağlıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.