Dünya

İtaliya bu 2 ölkəyə silah ixracatını dayandırdı

30 Yanvar 2021 11:39
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah ixracatını dayandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Luici Di Mayo məlumat verib. Qeyd edib ki, iki körfəz ölkəsi ilə silah ixracı müqavilələri ləğv olunub.

"Bu gündən etibarən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket və bomba ixracı üçün davam edən lisenziyalar ləğv edildi", - deyə Baş nazir bildirib.

Di Mayo insan hüquqlarına hörmət etməyin məcbur olduğunu, hər iki ölkəyə satılan silahların Yəməndəki vətəndaş müharibəsində istifadə edildiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.