“Bayraktar” hədəfi 8 yox, 15 kilometrdən vuracaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin ROKETSAN şirkəti Qarabağ müharibəsinin də təcrübəsini nəzərə alaraq MAM-L "ağıllı" raketinin mənzilini iki dəfə artırıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, "Bayraktar TB2" , habelə bu ildən seriya istehsalı başlayan, daha üstün göstəricilərə və döyüş imkanlarına malik olan "Akıncı" və "Aksungur" pilotsuz döyüş təyyarələrinin əsas silahı olan bu raketlər indi hədəfi 8 kilometr məsafədən deyil, 15 kilometrdən vura biləcək.

MAM-L raketinin hədəfə lazerlə yönləndirilən versiyası 8 kilometr, naviqasiya sistemləri üzərindən yönləndirilən versiyası 14 kilometr mənzilə malik idi. İndi isə raketin lazer başlıqlı versiyasının mənzili iki dəfə artırılır.
Müdafiə siyasəti məsələri üzrə analitik Turan Oğuz TRT Haber-ə bildirib ki, ilk baxışdan raketin mənzilinin artırılması bəsit məsələ kimi görünə bilər. Lakin MAM-L raketlərinin pilotsuz döyüş təyyarələrinin əsas silahı olduğunu nəzərə alanda raketin mənzilinin artırılması hərb sahəsində yeni dönüş mərhələsidir. Çünki raketin mənzilinin artırılması sayəsində "Bayraktar TB2" və silahlanmaya tezliklə daxil ediləcək digər döyüş pilotsuz təyyarələri düşmənin kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusundan çıxmış olur.

"Dünyada mövcud olan kiçikmənzilli havadan müdafiə sistemlərinin təsir radiusu 10-15 kilometr təşkil edir. Lakin bu o demək deyil ki, həmin sistemlər hədəfi 15 kilometrdən vura bilir. Söhbət ən yaxşı şərtlərdə hədəfi vurmaq məsafəsindən gedir. Ona görə də Türkiyənin döyüş pilotsuz təyyarələri həmin sistemlərin təsir radiusundan kənara çıxacaq. Onlar bizi vurmadan biz onları vura biləcəyik. Yəni rusların və NATO-nun istifadə etdiyi qısa mənzilli havadan müdafiə sistemlərinin təsir radiusunun xaricinə çıxmış olduq",-analitik deyib.

Xatırladaq ki, MAM-L və MAM-C "ağıllı" raketləri ilə silahlanmış (cəmi 4 raket) "Bayraktar TB2" döyüş pilotuz təyyarələri ötən il əvvəlcə Suriyada, daha sonra Liviyada hərbi əməliyyatların gedişatını Türkiyənin xeyrinə dəyişdirib. Bu silahların tətbiq edilməsi Suriyada Əsəd rejimini və onu dəstəkləyən qüvvələri, habelə Liviyada qiyamçı feldmarşal Haftarı atəşkəsə məcbur edib. Daha sonra "Bayraktar TB2" daşıdığı bu raketlərlə 44 günlük Qarabağ müharibəsində geniş tətbiq edilib və Azərbaycan ordusuna qələbəni qazandıran silahlardan biri kimi tarixə düşüb.

Turan Oğuz deyir ki, indiyədək Türkiyə döyüş pilotsuz təyyarələri "oyunu dəyişdirirdi", indi isə onlar özləri "oyun quracaq". "Türkiyə döyüş pilotsuz təyyarələrinə qarşı müdafiə sistemləri yaratmağa çalışan ölkələr planlarını başdan dəyişdirməli olacaqlar",-o qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
XƏBƏR LENTİ
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)





