Dünya

İspaniyada silsilə zəlzələlər olub

27 Yanvar 2021 11:12
Baxış: 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Qranada şəhərində silsilə zəlzələlər olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Coğrafiya İnstitutu bildirib.

Ən güclü təkanlar Kulyar-Veqa (4,2 maqnitudalı) və Santa-Fe (4 və 4,3) ərazilərində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qranada meri Luis Salvador "TVE" telekanalına müsahibəsində vəziyyəti "həyəcanlı" adlandırıb, lakin, həmçinin sakitliyi qorumağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.