Dünya

Gürcüstan quru sərhədlərini açacaqmı?

23 Yanvar 2021 17:39
Baxış: 1 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan yaxın gələcəkdə quru sərhədlərini açmağı planlaşdırmır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili deyib.

"Qonşu ölkələrdə virusun yayılma dinamikası Gürcüstanla müqayisədə daha yüksəkdir. Sərhədlərin açılması virusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər. Bu səbəbdən ölkəmiz hələlik quru sərhədləri açmağı planlaşdırmır", - Tskitişvili bildirib.

O, quru sərhədlərindən fərqli olaraq, hava məkanının infeksiya üzərində daha çox nəzarət təmin etdiyinə inandığını söyləyib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökuməti fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə müntəzəm uçuşların bərpa edilməsi barədə qərar qəbul edib

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.