Dünya

Pentaqonun yeni rəhbəri NATO-nun ABŞ üçün əhəmiyyətini vurğuladı

23 Yanvar 2021 09:52
Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın yeni müdafiə naziri Lloyd Ostin NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığında ittifaqın ABŞ üçün əhəmiyyətini vurğuladı, Əfqanıstan və İraqdakı missiyaları müzakirə etdi.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Con Kirbinin açıqlamasında deyilir.

"Bu danışıq Müdafiə naziri olaraq (Ostinin) xarici liderə ilk zəngi idi və ABŞ üçün NATO ittifaqının əhəmiyyəti vurğulandı", - sənəddə deyilir.

Ostin və Stoltenberq "müdafiə baxımından NATO-nun güclü mövqeyini qorumaqla yanaşı Əfqanıstan və İraqda davam edən missiyaları müzakirə etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.