Dünya

Rus milyarder universitetdən qovulan oğlunu belə cəzalandırdı

22 Yanvar 2021 18:16
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın məşhur oliqarxı Aleksey Mordaşovun birinci kurs tələbəsi olan oğlu Nikita Moskva Ali İqtisad Məktəbindən qovulub. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 17 milyard sərvəti olan Mordaşovun oğlu dərslərini mütəmadi oxumaması, 10 ballıq test imtahanından 2, 6 bal toplaması səbəbi ilə Ali Məktəbdən kənarlaşdırılıb.

Nikita isə atasından gözləmədiyi bir reaksiya ilə qarşılaşıb. Belə ki, oliqarx 19 yaşlı oğlunu hərbi xidmətə yola salıb, onun şirkətdə olan 50 faiz səhmlərini əlindən alaraq böyük oğlu Krillə verib.

Qeyd edək ki, "Forbes" jurnalının məlumatına əsasən, Mordaşov Rusiyada ən zəngin olan dördüncü şəxsdir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.