Dünya

Paşinyanın 20 Yanvarla bağlı məqaləsi yenidən gündəmə gəldi

20 Yanvar 2021 18:35
Baxış: 2 152
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist fəaliyyəti dövründə "Molorak" qəzetində yazdığı məqaləsi ilə gündəm olub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, erməni baş nazirin 1998-ci ildə dərc olunmuş məqaləsində hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanları haqda danışanda bu ifadənin ermənilərin şüurunu niyə qaraltdığını soruşur.

"20 yanvar 1990-cı ildə Bakıda öldürülənlərin xatirəsi qarşısında baş əyirəm. Yanvarın 20-də mən də Bakıdakı 1990-cı il qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim", - deyə Paşinyan məqaləsində qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.