Dünya

Ekspert 51 yaşlı Cennifer Lopesin gənclik sirrini açıqladı - VİDEO

20 Yanvar 2021 10:52
Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il "Jlo Beauty" adlı dəriyə qulluq kosmetika xəttini təqdim edən 51 yaşlı Cennifer Lopes gənclik sirrini izləyiciləri ilə paylaşıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ideal bədən ölçülərinə malik olan ulduz bütün müsahibələrində idmanı, düzgün qidalanmanı, affirmasiyaları və onlardan əldə etdiyi effektləri mütəmadi olaraq təbliğ edir. Ceylonun sözlərinə görə, gəncliyi qorumaq üçün heç vaxt botoks və ya digər kosmetoloji müdaxilərdən istifadə etməyib. Onun gözəlliyi daxildən gəlir. Zeytun yağına əsaslanan serumlar və gellər dərinin yaxşılaşdırılmasına kömək edən əsas vasitələrdir. Bu üsuldan həm nənəsinin, həm də anasının istifadə etdiyini deyir. Lakin Lopesin təbii üsullardan sitifadə etməklə gənc qaldığına inanmayanlar da var.

Ceylonun instaqramda paylaşdığı videosundan sonra bəzi izləyicilər onun dürüstlüyünü şübhə altına alıb. Yeni məhsulun reklamını edən müğənni serumdan sonra dərisinin daha hamar və parlaq olduğunu, sanki 10 yaş cavanlandığını qeyd edib. Ancaq bəzi istifadəçilər qaşlarının və alnının qətiyyən tərpənmədiyini yazaraq məşhuru ifşa edib. Bəziləri müğənninin botoks etdirdiyini, bəziləri isə plastik cərrah möcüzəsi olduğunu iddia edib. Haqqında səsləndirilən ittihamlara susmayan müğənni bildirib ki, deyilənlərin heç bir doğru deyil:

"Bu gülməlidir! Öz üzümdür! 500 milyonuncu dəfə izah edirəm ki, heç botoks etməmişəm, iynə də vurdurmamışam, əməliyyat da etməmişəm. Gözəlliyin sirri bax budur: həyatınızı daha şən notlarda keçirin, mehribanlıq içində yaşayın və başqalarını ruhlandırmağa çalışın. Başqalarını alçaltmaq üçün vaxtınızı itirməyin. Gənc və gözəl qalmağınıza kömək edəcək. Hər kəsə sevgilər..."

Tanınmış kosmetoloq Alyona Saromıçkaya Ceylonun etdirdiyi prosedurlara aydınlıq gətirib. Mütəxəssisin sözlərinə görə, Cennifer Lopezin heç bir kosmetoloji prosedur etmədiyini demək doğru olmazdı:

"Sağlam həyat tərzinə çox diqqət yetirir, qidalanmasına nəzarət edir, idmanla məşğul olur. Şayiələrə görə, ulduz müstəqil klinik tədqiqatlarla sübut olunmuş gənclik genlərini aktivləşdirən BBL FOREVER YOUNG prosedurunu çox sevir. Stanford Universitetində aparılan bir araşdırma BBL texnologiyası yaşlanma prosesini ləngidir. Prosedura hüceyrələrin yenilənməsini və kollagen sintezini stimullaşdırır, bunun nəticəsində dəri elastikliyi artır, qırışlar azalır. Əlbətdə ki, genetikası da güclüdür, bu məsələdə şanslıdır, lakin elm adamlarına görə, bədən quruluşu və görünüşün yalnız 15% -i bundan asılıdır. Epigenetika, yəni həyat tərzi sağlamlığın və dərinin keyfiyyətinin qalan 85% -nə cavabdehdir. Cennifer idmana çox diqqət yetirir, əla fiziki formaya malikdir. Hamının bildiyi kimi çəkiyə nəzarəti ptozis (dəri sallanması) əleyhinə əsas metodlardan biridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.