Dünya

İspaniyada qadınlar koronavirusa yoluxma riskinə daha çox məruz qalırlar

19 Yanvar 2021 07:01
Baxış: 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınlar COVID-19 infeksiyasına daha çox məruz qalırlar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər bunu qadınların koronavirusla mübarizənin önündə getməsi və xəstələrlə daha çox təmasda olması ilə izah edirlər. Belə ki, xidmət göstərən tibb işçilərinin 84,5 faizini, qocalar evinin işçilərinin 77,8 faizini, əczaçıların da 76,1 faizini qadınlar təşkil edir.

Bundan başqa, qadınlar koronavirusdan iqtisadi cəhətdən də əziyyət çəkirlər, çünki ən çox iş yerləri (mehmanxana biznesi, pərakəndə ticarət, xidmət sahəsi) məhv edilən fəaliyyət və peşələrə cəlb edilirlər.

Digər tərəfdən, məsafəli işin yayılması qadınların yükünü artırdı, çünki adətən ev işlərinin və uşaqlara qayğının əsas hissəsi onların üzərinə düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.