ÜST: dünyanın yoxsul ölkələrində indiyədək cəmi 25 peyvənd dozası tətbiq olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus əleyhinə peyvəndin tətbiqində zəngin və yoxsul ölkələr arasında yaranmış uçurumu yenidən sərt tənqid edib. Dünyanın 49 zəngin ölkəsində indiyədək 39 milyon peyvənd dozası tətbiq edildiyi halda, yoxsul ölkələrdə vurulan peyvəndlərin sayı cəmi 25 dozaya bərabərdir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri ÜST-ün baş direktoru Tedros Qebreyesus təşkilatın İcraiyyə Şurasının iclasında bildirib. O, yaranmış vəziyyəti şərh edərkən qeyd edib ki, bu mənzərə "dünyanın fəlakətli mənəvi uğursuzluğun astanasında" olduğunu nümayiş etdirir. Zəngin ölkələrin peyvənd istehsal edən şirkətlərlə bağladıqları ikitərəfli müqavilələrin sayı getdikcə artmaqdadır. Əgər ötən il ərzində 44 belə müqavilə bağlanmışdısa, bu ilin ilk günlərdə daha 12 yeni müqavilə imzalanıb.
T. Qebreyesus "hamıdan öncə mən" yanaşmasının təkcə yoxsul ölkələrin əhalisinin həyatına təhlükə yaratmaqla yanaşı, eyni zamanda pandemiyanın müddətinin də artırdığını diqqətə çatdırıb. O, yüksək sayda peyvənd dozaları alan ölkələrə müraciət edərək, onları vermiş olduqları vədlərə sadiq qalmağa və yoxsul ölkələri peyvənd dozaları ilə təmin etməyi hədəf alan beynəlxalq COVAX təşəbbüsü dəstəkləməyə çağırıb. COVAX təşəbbüsü çərçivəsində 92 ölkənin əhalisi peyvəndlə təmin olunmalıdır və hələ ötən il bir sıra ölkə bu təşəbbüsə maliyyə dəstəyi göstərməklə yanaşı, öz ölkələri üçün sifariş edilən peyvənd dozalarının bir qismini həmin təşəbbüsə yönləndirəcəklərini vəd ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
"Həmin dövrdə təhdidlər alırdıq" - “Kurtlar Vadisi”nin ssenaristi
XƏBƏR LENTİ
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı





