Dünyada ilk: Türkiyənin “Songar” pulemyotçu-dronu pilotsuz hərbi maşına inteqrasiya edildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin milli hərbi sənayesi dünyanı heyrətə salan daha bir nailiyyətini nümayiş etdirib. İlk dəfə 2019-cu ildə İstanbulda keçirilən hərbi sənaye sərgisində nümayiş etdirilən, ASİSGUARD şirkəti tərəfindən işlənib hazırlanan, iriçaplı pulemyotla təchiz edilmiş "Songar" pulemyotçu-dronu zirehli avtomobilə inteqrasiya edilib. Beləliklə, dünyanın heç bir ölkəsində mövcud olmayan bu pulemyotçu dron xüsusi təyinatlı qüvvələrin silahlanmasına daxil edilib və həm ölkə içərisində, həm xaricdə aparılan əməliyyatlarda tətbiq olunacaq.
"Songar" kvadrokopter-dronu 45 kiloqrama qədər faydalı yük qaldıra bilir və drona bərkidilmiş iriçaplı pulemyotla kameraları tərəfindən təsbit edilmiş yerüstü hədəflərə sərrast atəş açır. Bundan əlavə, pulemyotçu-dron hədəfə partlayıcı maddə ilə zərbə endirir.
Milli.Az bildirir ki, virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu silahlı dron indi "Amazon" adlı zirehli avtomobilə inteqrasiya edilib. Türkiyənin milli hərbi sənayesinin istehsalı olan "Amazon" zirehli maşınlarının özü də pilotsuz idarə oluna bilir, avtonom olaraq sürücüsüz hərəkət edir və lazım olarsa uzaqdan komanda olunur. "Songar" silahlı dronu avtomobilin üstündə quraşdırılmış xüsusi platformada yerləşdirilib və beləliklə də, avtomobilə hərəkət marşrutu boyu hədəfləri əvvəlcədən aşkar edib zərərsizləşdirmək imkanı yaradıb.
Hərbi və təhlükəsizlik məqsədli hər cür əməliyyatlarda iştirak edə bilən, sutkanın istənilən vaxtında uçan "Songar" avtonom eniş-qalxış qabiliyyəti ilə asimmetrik təhdidlərə qarşı hazır vəziyyətdə avtomobilin üzərində gözləyəcək.
"Songar" 3 kilometrə yaxın uçuş radiosunda vəzifələrini icra edə bilir, yəni indiki halda pulemyotçu-dron "Amazon" zirehli maşını üzərindən qalxaraq 3 kilometr radiusda kəşfiyyat və döyüş əməliyyatlarını yerinə yetirə biləcək. Eyni zamanda "Songar" digər pilotsuz uçan aparatlarla qarşılıqlı əlaqədə də fəaliyyət göstərə bilir.
Qeyd edək ki, Türkiyə "Bayraktar TB2" döyüş pilotsuz təyyarəsi ilə artıq dünyanı təəcübləndirə bilib. Bu döyüş PUA-ları Türkiyənin Suriya və Liviyada həyata keçirdiyi hərbi əməliyyatların gedişatını dəyişdirib, qarşı tərəfi atəşkəsə məcbur edib. Habelə 44 günlük Vətən müharibəsi zamanı "Bayraktar TB2" Azərbaycan ordusunun Qarabağda zəfər qazanmasında mühüm rol oynayıb. Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan "Aksungur" və "Akıncı" pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib. Heç bir şübhə yoxdur ki, Azərbaycan öz qalib ordusunu daha da müasirləşdirmək və onun döyüş qabiliyyətini daha da yüksəltmək üçün qardaş ölkənin milli hərbi sənayesinin bu ən son nailiyyətlərindən də yararlana biləcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)





