Dünya

Rusiyada yanvarın 18-dən kütləvi vaksinasiyaya başlanılır

16 Yanvar 2021 12:30
Baxış: 439

Yanvarın 18-dən etibarən Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova aparıcı epidemioloq və virusoloqlarla görüşdə bildirib.

"Ölkə prezidenti 18 yanvar 2021-ci il tarixindən kütləvi vaksinasiyaya başlanılmasını elan edib", - Qolikova belə deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirus infeksiyasına qarşı indiyədək iki yerli peyvənd qeydiyyata alınıb, üçüncü peyvənd isə hazırlanma mərhələsindədir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.