Dünya

Polşa mediasında Qarabağ münaqişəsinin tarixi aspektlərindən yazılıb

15 Yanvar 2021 18:59
Baxış: 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın new.org.pl xəbər portalında Varşava Universitetinin şərqşünaslıq fakültəsinin müəllimi Dr.Şəhla Kazımovanın müəllifliyi ilə məqalə yayımlanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, "Dağlıq Qarabağ uğrunda müharibə Polşa jurnalistikasının əyri güzgüsündə" başlıqlı məqalədə münaqişəsinin tarixi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, Ermənistan və onun havadarlarının BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarını icra etməməsi, Dağlıq Qarabağda status-kvonun saxlanılmasına cəhdlər göstərməsi öz tarixi torpaqlarına həsrət qalmış Azərbaycan xalqının sülhə inamını azaltmışdır. Münaqişəyə dini rəngin verilməsinin əsassız olduğu bildirilib, Ermənistan siyasi rəhbərliyinin yolverilməz bəyanatlarının və Azərbaycana qarşı geniş miqyaslı təxribatlarının 27 sentyabr 2020-ci ildə müharibəyə gətirib çıxardığı vurğulanıb.

Məqalədə hadisələrə qərəzli yanaşmalara da toxunulub. Müəllifin fikrincə, Dağlıq Qarabağ hadisələri ilə bağlı faktların təhrif olunmasının səbəbi informasiya selində Cənubi Qafqazla illərdir peşəkarcasına məşğul olan analitiklərin səsinin Yaxın Şərq üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən boğulmasıdır: "Bu bölgə haqqında formalaşdırılmış stereotiplər, hər iki xalq üçün ağrılı olan qarşıdurmanın dərk olunmasına yardım etmir. Və ən pisi, gələcək dialoqun qurulmasında bu xalqların nümayəndələrini dəstəkləmir", - deyə təəssüflə əlavə edib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://new.org.pl/#1003,kazimova_gorski_karabach_w_publicystyce

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.