ÜST-nin Çinə göndərdiyi ekspertlərdən ikisinin COVID-19-a yoluxduğu məlum olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 infeksiyasının mənşəyinin tapılması istiqamətində araşdırmalar aparmaq üçün Çinə ezam etdiyi ekspertlər qrupunun 2 üzvünün virusa yoluxduğu məlum olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" qəzeti ÜST-yə istinadla xəbər yayıb. Bildirilir ki, Çinin epidemiya əleyhinə qaydalarına uyğun olaraq, xaricdən Çinə gələnlər uçuş məntəqəsində yola düşməzdən 2 gün əvvəl burun-boğaz yaxma testi ilə yanaşı, qanda anticisimlərin olmasını müəyyən edən (IgM) analiz verməlidirlər. ÜST heyətinin Sinqapurda verdiyi yaxma testinin cavabı neqativ olsa da, qan analizi nəticəsində qrupun iki üzvünün daha əvvəldən virusa yoluxduğu məlum olub. Beləcə, həmin iki nəfər ÜST missiyasının tərkibində Çinə uça bilməyib. Hazırda onlar Sinqapurda gözləyirlər.
Qeyd edək ki, yanvarın 14-də səhər saatlarında 11 nəfərdən ibarət beynəlxalq heyət Çinin Uxan şəhərinə gəlib. Onların tərkibində Ümumdünya Səhiyyə Təşkilatının və Dünya Heyvanların Sağlamlığı Təşkilatının ekspertləri var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 2 alimi isə distant formada araşdırmalarda iştirak edəcək.
Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, beynəlxalq ekspertlər araşdırmalara başlamazdan əvvəl epidemiya əleyhinə qaydalara uyğun olaraq xüsusi karantin yerlərində 14 günlük məcburi özünütəcrid dövrünü keçməlidirlər. Ekspertlər rəylərini öz müşahidələrinə, eləcə də Çin mütəxəssisləri tərəfindən heyvan və insanlardan toplanmış nümunələrə əsasən verəcəklər. ÜST-nin Baş direktoru Tedros Qebreyesus bir neçə gün əvvəlki onlayn mətbuat konfransında təşkilatın ekspertlərinin çinli həmkarları ilə birgə xəstəliyin zoonoz (heyvanlardan insanlara və ya insanlardan heyvanlara keçən yoluxucu xəstəlik) mənbəyinin aşkar edilməsi ilə bağlı elmi planlar hazırlayacaqlarını bəyan edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi





