Dünya

ÜST: Bu il koronavirusa qarşı kollektiv immunitetin yaranması mümkün deyil

13 Yanvar 2021 07:21
Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın bir çox ölkəsində koronavirus əleyhinə vaksinasiya kampaniyasına start verilməsinə baxmayaraq, bu il hər hansısa bir ölkədə virusa qarşı kollektiv immunitetin formalaşması və bu yolla əhalinin əsas etibarilə yoluxmaya qarşı qorunması mümkün olmayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elmi tədqiqatlar üzrə əsas səlahiyyətli nümayəndəsi Soumya Svaminatan bu il ərzində əhali immuniteti və ya kollektiv immunitetin hansısa bir mərhələsinə nail olmağı qeyri-mümkün hesab edib.

S. Svaminatan öz açıqlamasında COVID-19-a qarşı eyni zamanda bir neçə etibarlı və təhlükəsiz peyvənd maddəsinin hazırlanması və kütləvi istehsalına başlanmasını inanılmaz tərəqqi kimi təqdir edib. Lakin eyni zamanda qeyd edilib ki, bütün dünyada tələb olunan milyardlarla doza peyvəndin istehsalı və çatdırılması üçün zamana ehtiyac var. Buna görə də insanlar qarşıdakı dövrdə səbirli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.