Dünya

Ana evdə doğduğu körpəsini 22 yerindən qayçılayıb öldürdü - Səbəb dəhşətə gətirir - FOTO

12 Yanvar 2021 16:05
Baxış: 5 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana yeni doğulan körpəsini qayçıyla öldürüb.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, qadın yeni doğulan oğlunu qayçıyla öldürdükdən sonra onun cansız bədənini zibilliyə atıb.

Dəhşətli hadisə Ukraynanın Mikolayev şəhərində baş verib. 30 yaşlı Anastasia Skoryçenko adlı qadın eyvanda doğduğu körpəsini qayçılayaraq öldürüb.

Əvvəlcə uşağın göbəkbağını kəsən qadın sonra həmin qayçıyla ona 22 zərbə vurub. Öldürdüyü uşaqdan əlavə iki övladı da olan qadın məhkəmədə bildirib ki, uşağı saxlamağa imkanı çatmadığına görə qətlə yetirib.

Məhkəmə qadının 3 il boyunca azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.