Almaniyanı bütöv edən, öz ailəsini bölən Helmut Kol - Tarixə “Alman birliyinin kansleri” kimi düşən nəhəng siyasətçi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, 20-ci əsrin ən nəhəng siyasətçilərindən biri sayılıb. Yeniyetməlik yaşlarında ilk qazancını başqalarının təsərrüfatında işləməklə, yük daşımaqla, ev dovşanlarını böyüdüb satmaqla qazanan Helmut Kol sonralar ən zəngin şəxslərdən birinə çevrilib. Amma sonda bu zənginlik onun siyasi imicinə ciddi zərbə vurub.
Helmut Kol 1930-cu ildə Almaniyanın kiçik Lyüdviqshafen şəhərciyində anadan olub. Ailənin maddi durumu aşağı olduğundan Helmut Kol yenitetməlik yaşlarından işləməyə başlayıb. Orta təhsil illərində o, fəallığı, təşkilatçılığı, liderlik bacarığı, fənləri daha tez mənimsəməsi ilə fərqlənib. Ehtiyac içində keçən orta təhsil illərində Kol məktəbi bitirən kimi əyalətdən uzaqlaşmağı, özünə iş tapmağı qərarlaşdırıb. Bir il ərzində tikintidə fəhlə işləyən Helmut Kol özünə yol pulu, bir neçə aylıq dolanışıq üçün vəsait yığaraq Frankfurta yollanıb və bu şəhərdə universitetə qəbul olub. Gələcək kansler bu təhsil ocağında bir il qərar tutub, 1951-ci ildə o, təhsilini Heydelberq Universitetinin tarix və ictimai-siyasi elmlər fakültəsində davam etdirib. Ali təhsil aldıqdan sonra elə həmin universitetdə dissertasiya müdafiə edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, Helmut Kol gənclik illərindən Xristian Demokratik İttifaqının üzvü olub. Elə bu ittifaqda da o, zaman-zaman öz siyasi karyerasını qurmağa başlayıb. 1959-cu ildə Helmut Kol dairə seçkisində daha çox səs toplayaraq, ən cavan deputatlardan biri olub. 1969-cu ildə isə o, daha yüksək bir pilləyə, Reynald-Pfalts torpaqlarının baş naziri vəzifəsinə sahib olub.
Helmut Kolun Xristian Demokratik İttifaqındakı dinamik fəaliyyəti onun daxili gücünü, siyasi talantını bir daha açaraq onun bu partiyaya sədr seçilməsi ilə nəticələnib. Gənc siyasətçinin bacarığı nəticəsində Xristian Demokratik İttifaqının üzvlərinin sayı kəskin şəkildə artmağa başlayıb. Məhz Helmut Kolun cəlb etmək, inandırmaq bacarığı bu ittifaqın nüfuzunu ölkədə birinciliyə, liderlik səviyyəsinə qaldırıb.
Nəhayət, 1982-ci ildə keçirilən seçkilərdə bütün rəqiblərini geridə qoyan Helmut Kol Almaniya Federativ Respublikasının kansleri seçilib.
Özünü Almaniya Federativ Respublikasının ilk kansleri Konrad Adenauerin nəvəsi sayan Helmut Kolun 16 illik kanslerlik dövrü Almaniya tarixində bir çox hadisələrlə yadda qalıb. AFR və ADR-in birləşdirilməsi isə Helmut Kolun ən böyük tarixi xidmətlərindən sayılır. Onun adı 20-ci əsrin dünya tarixinə "Alman birliyinin kansleri" kimi düşüb.
Helmut Kol dünyanın siyasi müstəvisində çevik siyasətçi olmaqla yanaşı, həm də xarici görünüşü və xarakteri ilə də fərqlənib. Boyu 193 santimetr, çəkisi 140 kiloqram olan Kol gənclik illərindən mərkəzdə yaşasa da kəskin əyalət ləhcəsində danışıb. Kanslerin köntöy zarafatları isə təkcə öz ölkəsində deyil, digər ölkələrdə də "populyarlaşıb".
Helmut Kol öz ölkəsinin inkişafı və gələcəyi üçün mümkün olan bütün siyasi variantlara əl atıb. O cümlədən SSRİ, sonra isə Rusiya ilə diplomatik əlaqələri genişləndirib.
Siyasətdə olduğu kimi kanslerin şəxsi həyatı da hadisələrlə zəngin olub. O, 1960-cı ildə Hannilore Rennerlə ailə həyatı qurub. Cütlüyün dünyaya iki oğul övladı gəlib. Kolun övladlarından heç biri siyasətlə məşğul olmayıb. Şəxsi biznes sahibi olan Kolun oğullarının adı heç bir qalmaqallı hadisədə hallanmayıb. Ümumiyyətlə, Almaniya cəmiyyəti Kolun ailəsinə nümunəvi və ideal bir ailə kimi baxıb.
Ancaq bu ailənin xoşbəxtliyinə 2001-ci ildə son qoyulub. Kolun həyat yoldaşı Hannilore uzun illər günəş işığı allergiyasından əziyyət çəkib. Ailənin yaşadığı mənzildə Helmut Kolun iş otağından başqa digər otaqlar həmişə tünd pərdələrlə bağlanıb. Xəstəliyinin ağırlığına tab gətirməyən Hannilore 2001-ci ildə intihar edib.
Helmut Kol 2008-ci ildə, 78 yaşı olanda ikinci dəfə ailə həyatı qurub. İkinci nikah ailədə ata və oğullar arasında soyuq münasibətin yaranmasına səbəb olub. Helmut Kol ikinci evliliyi dövründə dostları, qohumları, o cümlədən övladları ilə daha az münasibət saxlayıb. Bununla da ikinci nikah ailəni iki yerə bölüb.
Helmut Kolun siyasi karyerası xoş notlarla bitməyib. O, Xristian Demokratik İttifaqının maliyyələşməsində qanun pozuntularında günahlandırılıb. Kol bu ittihamlardan yayınmayıb və 2 milyon marka xeyriyyə pulunun Xristian Demokratik İttifaqı üçün şəxsən aldığını etiraf edib. Amma pulun kim tərəfindən verildiyini bütün cəhdlərə baxmayaraq açıqlamayıb. Bununla da Helmut Kol 1998-ci ildə kansler kürsüsünü təhvil vermək məcburiyyətində qalıb.
Helmut Kol 16 iyun 2017-ci ildə. 88 yaşında vəfat edib. Onun ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb. Mətbuata sızan informasiyalara görə isə sabiq kansler sidik kisəsinin xərçəngindən dünyasını dəyişib. Onun dəfn mərasimində dünyanın tanınmış siyasətçiləri iştirak edib.
Helmut Kol bir neçə kitabın, o cümlədən üç cildlik memuarların müəllifi olub. O, dünyanın bir çox ölkələrinin ali mükafatları ilə təltif olunub.
Sabiq kansler bu gün də Almaniyada böyük ehtiramla xatırlanır. Almaniyada, elə həmçinin bütün dünyada "Bütöv Almaniya" ifadəsi işlədiləndə ilk növbədə göz önünə Helmut Kol gəlir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
XƏBƏR LENTİ
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib





