Dünya

İran yeraltı raket bazaları qurub

9 Yanvar 2021 19:03
Baxış: 1 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran İnqilab Keşikçiləri Korpusu Fars Körfəzindəki yeraltı raket bazasını təqdim edib.

Milli.Az Mehr-ə istinadən bildirir ki, İran dövlət mediası Tehran ilə Vaşinqton arasında gərginliyin artdığı bir vaxtda İranın elit İnqilab Keşikçiləri Qvardiyasının cümə günü Fars Körfəzinin açıqlanmayan bir yerində yeraltı raket bazası açdığını xəbər verir.

Dövlət mətbuatı Baş Komandan General-mayor Hüseyin Salaminin sözlərindən sitat gətirərək bildirir ki, "Bu baza Dəniz Mühafizə Qüvvələrinin strateji raketlərinin yerləşdiyi bir neçə bazadan biridir".

Keçən il İnqlab Keşikçiləri İranın körfəz sahili boyunca yeraltı "raket şəhərləri" qurduğunu söyləyərək bunun "İranın düşmənləri üçün kabus" olduğu xəbərdarlığını ediblər.

O bazanın "Donanmanın strateji raketlərinin yerləşdiyi bir neçə bazadan biri" olduğunu deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.