Dünya

“Bu cür iğtişaşlar “banan respublikaları”nda baş verir” - Corc Buş

7 Yanvar 2021 16:13
Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş Prezidenti Corc Buş Donald Trampın tərəfdarlarının Konqres binası və ətrafında törətdiyi iğtişaş və basqınların "banan respublikaları"nda baş verənlərlə müqayisə edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Buş bu barədə rəsmi Tvitter səhifəsində yayımlanan açıqlamasında yazıb.

"Laura və mən hökumətə basqınları kədərlənərək izləyirik, bu mənzərə ürək bulandıran və dəhşətlidir. Seçki nəticələrinin bu cür mübahisələndirilməsi bizim kimi demokratik respublikalarda deyil, "banan respublikaları"nda baş verir", - Buş bildirib.

O qeyd edib ki, Kapitoliyə basqın ABŞ-ın dünyadakı nüfuzuna xələl gətirib. İştirak edənlərin saxta ümidlərə aldandıqlarını bildirən Buş "Ölkəmiz hazırkı siyasi mühitdən daha vacibir",- deyə qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.